İŞİD Azərbaycan ilə sərhəddə vilayət yaradır
İŞİD terror təşkilatının mətbuat katibi Abu Məhəmməd əl-Adnani Şimali Qafqazda yeni administrativ vilayətin yaradıldığını elan edib.
Oxu.Az xəbər verir ki, qərbi KİV-in məlumatına əsasən, terrorçuların bu regionda lideri Abu Məhəmməd əl-Adnani təyin edilib.
Mətbuat katibi həmçinin Qafqazda “İŞİD əsgərlərini” təbrik edib və onlara təşəkkür edib.
Institute for the study of war institute nəşri qeyd edir ki, Əl-Adnanainin bu bəyanatı iyunun əvvəlində sosial şəbəkələrdə peyda olmuş müraciətə cavab hesab edilə bilər.
Beləliklə, şəbəkədə Çeçenistan, İnquşetiya, Dağıstan və KBR gizli terror təşkilatının rəhbəri Abu Bəkr əl-Bağdadiyə sədaqət andı içib.
Daha öncə Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, tanınmış islam alimləri İŞİD-i “İslam dövləti” adlandırmağın düzgün olmadığını hesab etdiklərini bəyan etmişdilər və təşkilatı “İblis dövləti” təşkilatı adlandırmağı təklif etmişdi.
Mənbə:> Oxu.Az