Sabah Ramazan ayı ilə bağlı fitva veriləcək
Qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun ANS PRESS-ə verdiyi məlumata görə, iyunun 4-də Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və Elmi-Dini Şurasının birgə iclası keçiriləcək.
"İclasda müqəddəs Ramazan ayı ilə bağlı müzakirələr aparılacaq və Ramazan ayının nə vaxt başlanması ilə bağlı Fitva da verilək".
Qeyd edək ki, Ramazan ayının gəlişi qonşu ölkələrdə zaman fərqilə qeyd oluna bilər. Bu baxımdan Ramazan bayramı da fərqli gündə qeyd edilə bilər. Qafqaz Müsəlmanlar İdarəsinin bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fitvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək.
Ötən il müqəddəs ay iyun ayının 29-da başlamışdı. Nazirlər Kabineti bu il Ramazan bayramının 17, 18 iyulda qeyd ediləcəyini açıqlayıb.
Mənbə:> ANSPRESS