Bu əməlləri edənlərin bütün günahları bağışlanacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bu əməlləri edənlərin bütün günahları bağışlanacaq – VİDEO

Bu əməlləri edənlərin bütün günahları bağışlanacaq


Şaban ayının 13, 14 və 15-ci gecələrinin və günlərinin ənənəvi əməlləri mövcuddur.

ANS PRESS-in məlumatına görə, Rəcəb, Şaban və Ramazan aylarının 13-cü gecəsi iki rəkət namaz qılmaq bəyəniləndir.
Namazın qaydası belədir. Hər rəkətdə "Həmd" surəsindən sonra "Yasin", "Mülk" və "İxlas" surələri oxunur.

14-cü gecədə də 4 rəkət eyni qaydada namaz qılmaq tövsiyə olunub. Hər iki rəkətdən bir salamlar verilir. 15-ci gecə isə eyni qayda ilə 6 rəkət namaz qılınır. Hər iki rəkətdən bir salam verilir.

İmam Sadiqdən (ə) nəql olunur ki, hər kim bu əməlləri yerinə yetirsə, bu üç ayın fəzilətini əldə etmiş olacaq və şirkdən başqa bütün günahları bağışlanacaq.

Eyni zamanda Şaban ayının 13-cü günü "Əyyamul-beyz"in ilk günüdür. Bu gün və bundan əlavə, ayın 14-ü və 15-ində də oruc tutmağın çox böyük savabları var.

Xatırladaq ki, Şaban ayının 13-ü, 14-ü və 15-i, 01, 02, 03 iyun tarixinə düşür.

Onu da qeyd edək ki, Şabanın 15-nin (Nimeyi-Şaban) özünün xüsusi əməlləri var və onları da siz əziz oxucularımıza təqdim edəcəyik. Hələlik isə bütün şaban ayı ərzində və eləcə də digər günlərdə oxuna bilən Əli əleyhissalamın oxuduğu “Münacati-Şabaniyyə” duasının transkripsiyası və rus dilində tərcüməsinin video versiyasını dindarlara təqdim edirik.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *