2015-ci ilin II yarısında neftin qiyməti necə olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

2015-ci ilin II yarısında neftin qiyməti necə olacaq?

2015-ci ilin II yarısında neftin qiyməti necə olacaq?


2015-ci ilin II yarısında neftin qiymətinin ziddiyyətli olacağı gözlənilir.

Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “2015-ci ilin II yarısında neftin qiymətində hansı tendensiya özünü göstərəcək?” sualını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu ilin iyunun 30-da İranın nüvə proqramı ilə bağlı müsbət rəy verilməsi qiymətlərə mənfi təsir göstərəcək:

“Bəzi proqnozlara görə, 2015-ci ilin iyun 30-da İranın nüvə proqramı layihəsini həyata keçirməsi ilə bağlı müsbət rəy verilə bilər. Bununla İranın dünya bazarında 8 mindən 1 milyon barelə qədər neft ixracını artırması güman olunur”- deyə, İlham Şaban bildirib.

Ekspert həmçinin qeyd edir ki, İranın adıçəkilən nüvə proqramına müsbət rəy verilsə bazarda həmçinin qiymət dəyişməz qala bilər.

“Belə ki, qərardan sonra Səudiyyə Ərəbistanı avtomatik olaraq, özünün kvotasını azaldacaq. İranın kvotasının azaldılması ilə bağlı qərar qəbul edilərkən həmin kvotanı qarşılamaq Səudiyyə Ərəbistanının üzərinə qoyulmuşdu. İndi isə Səudiyyə Ərəbistanı həmin kvotadan əl çəkməlidir. Bunun nəticəsində də bazar tənzimlənə bilər”.

“Bir-iki həftə müddətində bazara bu dəyişikliklər informativ təsir göstərəcək” - deyə, o bildirib.

Ekspert hal-hazırda bazardakı vəziyyəti müsbət tendensiya olaraq dəyərləndirmədi:

“Dünya bazarında hal-hazırda neft təklifdən çoxdur. ABŞ özünün tələblərini ödəyəcək qədər neft hasil edir. İraq isə rekord həddə öz hasilatını artırıb. Neft ixracını 3 milyon barelə çatdırıb. 3 milyon barel isə illik 150 milyon ton neftdir. Bu isə qiymətlərin 69 dollardan 66, 65 dollara düşməsinə gətirib çıxardı” - deyə, İlham Şaban bildirib.

Qeyd edək ki, dünya bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 66.36 dollar, WTI neftinin qiyməti isə 60.59 dollar təşkil edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *