Bir bəyanat nefti bahalaşdırdı
Səudiyyə Ərəbistanı neft nazirliyinin son bəyanatından sonra neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.
ANS PRESS xəbər verir ki, aprelin 9-na axşam saatlarına olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 1,85% bahalaşaraq 56,86 dollar təşkil edib.
WTI markalı neftin bir barrelinin qiyməti isə 1,11% bahalaşaraq 50,94 dollar olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının neft nazirinin müşaviri Əli əl-Naimi İbrahim al-Muhanna bildirib ki, dünya bazarlarında neftin qiymətinin düşməsi müvəqqətidir.
"Mən neftin qiymətinin bahalaşacağı barədə optimistəm. Hazırda dünyada siyasi, iqtisadi və energetika sahəsində hökm sürən müvəqqəti xarakter daşıyır", - deyə müşavir bildirib.
Mənbə:> ANSPRESS