Neftin qiyməti artdı
İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində dəyişiklik müşahidə olunsa da, bu, çox çəkməyib.ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 3 dollar (6.11%) artaraq 49,14 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 3.17 dollar (5.8%) bahalaşaraq 54,95 dollar olub.
Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 50.57 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 56.48 dollar idi.
Mənbə:> ANSPRESS