Neftin qiyməti qalxdı
Dünya bazarında neftin qiyməti bahalaşıb.
ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,53 dollar artaraq 62,58 dollara çatıb.
Ancaq Brent markalı neftdən fərqli olaraq WTI neftinin qiymətində artım qeydə alınmayıb.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 49,76 dollar olub.
Xatırladaq ki, Beynəlxaq Valyuta Fondunun baş direktoru Kristin Laqard neftin qiymətinin ucuz olmasının qlobal iqtisadiyyatın dirçəlməsi üçün yetərli olmadığı haqqında ötən gün bəyanat vermişdi.
Mənbə:> ANSPRESS