Neftin qiyməti “dirildi”
Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində bahalaşma qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 5,23 % (2.49 dollar) artalaraq 50,09 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.68 dolar bahalaşaraq 56,79 dollar olub.
Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi.
Mənbə:> ANSPRESS