İŞİD yenidən Kobanidə
İŞİD terrorçu qruplaşmasının yaraqlıları Türkiyə-Suriya sərhədində yerləşən Kobani şəhərinə daxil olublar.
Oxu.Az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Mətbu orqan The Syrian Observatory for Human Rights hüquq müdafiəsi təşkilatına istinadən edir: onların məlumatına görə, terrorçular gizli şəkildə şəhərə daxil olub, bundan sonra onlardan biri özünü sərhəd keçid məntəqəsində partladıb. Ən azı beş nəfər həlak olub.
Daha sonra yaraqlılar Kobaninin mərkəzində atışmaya başlayıblar. Döyüşün indiyədək davam etdiyi bildirilir.
Şahidlərin sözlərinə görə, küçələrdə öldürülənlərin cəsdləri qalıb. Reuters-in məlumatına görə, partlayış və döyüşlər nəticəsində 12 nəfər ölüb, 70 nəfərə yaxın insan yaralanıb.
Xatırladaq ki, Kobani Suriya və Türkiyə sərhədində şəhərdir. 2014-cü ilin sentyabrından 2015-ci ilin yanvarınadək kürdlər və İŞİD arasında Kobani uğrunda ağır döyüşlər gedib.
O zaman məğlub olan terrorçular Kobanidən geri çəkilmişdilər.
Əks-hücumu davam etdirən kürdlər iyunun 25-də İŞİD-in Suriyanın Rakki şəhərində yerləşən paytaxtının 50 kilometrliyindəki Ayn-İssa şəhərinə nəzarəti ələ keçiriblər.
Mənbə:> Oxu.Az