Rusiyanın Federasiya Şurası: Ermənistanda “rəngli inqilabdır” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiyanın Federasiya Şurası: Ermənistanda “rəngli inqilabdır”

Rusiyanın Federasiya Şurası: Ermənistanda “rəngli inqilabdır”


Beynəlxalq Federasiya Komitəsinin rəhbəri Konstantin Kosaçev Ermənistandakı asayiş pozuntularında “rəngli inqilabın” əlamətlərini görür, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Hələlik xarici vəziyyət sosial-iqtisadi durumundan narazı insanların münaqişəsi şəklində inkişaf edir”, - Kosaçev çərşənbə günü bildirib.

“Amma burada özünü aldatmaq lazım deyil, bütün “rəngli inqilablar” belə başlayıb. Ermənistan da bu yolda getməkdən sığortalanmayıb”, - o əlavə edib.

Bununla yanaşı, Kosaçev qeyd edib ki, respublikada yüzlərlə xarici qeyri-kommersiya təşkilatı fəaliyyət göstərir, onlar ölkənin qərbyönümlü inkişaf yolunu seçmək üçün ictimai fikir ilə işləyirlər.

O vurğulayıb ki, Qərb və Şərq arasında seçimdə “bu labüdlük” artıq Ukraynada münaqişə və fikir ayrılığına gətirib çıxarıb.

“Bu, tamamən süni seçimdir, ədalətsiz, çirkin siyasi oyundur”, - Kosaçev sözünü yekunlaşdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *