Ermənistanda bundan sonra nə olacaq?
"Ermənistanda hakimiyyət böhranını növbədənkənar qaydada parlamentdə müzakirə etmək lazımdır".
ANS PRESS-in məlumatına görə, bu barədə Erməni Milli Konqresinin rəhbəri Levon Zurabyan bildirib.
Onun sözlərinə görə, müxalifətin növbədənkənar iclas keçirmək istəyi sadəcə təklifdən ibarət deyil:
"Məsələ ondadır ki, Ermənistan hakimiyyətində böhran müşahidə edilir", - deyə Zurabyan deyib.
Həmçinin, o əlavə edib ki, hakimiyyətin uğursuz idarəçiliyi bütün sahələrdə - iqtisadi və sosial sahədə, eləcə də daxili və xarici siyasətdə iflasa gətirib çıxarıb. Bütün bunlar, hər şeydən əvvəl kütləvi mühacirətə gətirib çıxarıb:
"Gecikmək olmaz. Bütün xalq "Bundan sonra nə olacaq?" sualına cavab gözləyir"- deyə millət vəkili bildirib
Mənbə:> ANSPRESS