Köçəryan ümidsizdir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Köçəryan ümidsizdir

Köçəryan ümidsizdir


Ermənistanın eks prezidenti ölkəsinin iqtisadiyyatının gələcək perspektivləri haqda bədbin proqnoz verib.

ANS PRESS-in məlumatlna görə, Köçəryan bildirib ki, “Təəsüflər olsun, lakin mənim iqtisadiyyatımız üçün optimist hesablamar etməyə, nə daxili nə də xarici bəhanəm yoxdur. Bundan əlavə təsiretmə gücünün araşdırılmasına ehtiyac olan, qlobal xarakterli yeni təhdidlər meydana gəlib. Rusiya və Qərbin birgə sanksiyalarının qlobal iqtisadiyyata təsiri, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri, bu nə qədər davam edəcək, sanksiyalar genişlənəcəkmi və s.”
Rusdilli "Noyev Kovçeq" nəşrinə müsahibə verən Köçəryan əlavə edib ki, “Ermənistanın Avrasiya İttifaqına daxil olduğu təqdirdə regional iqtisadi durumunun (təşkilata daxil olmayan Gürcüstan və İranla iqtisadi əlaqələrin) necə olacağı bəlli deyil. Ümumiyyətlə Rusiyanın Qərblə sanksiyalara büründüyü bir vaxtda gömrük mühitinin texniki olaraq fəaliyyəti necə olacaq bilinmir. Bu suallara ya cavab yoxdur ya da onlar fərziyyə xarakteri daşıyır, deməli- biz neqativ gözləntilər xəttinə daxil olmuşuq”.

Bəs Ermənistan iqtisadiyyatının düzəlməsi üçün hansı addımlar atılmalıdır sualına Robert Köçəryan- büdcənin hansı yolla olu olsun doldurmaq istəyindənsə, iqtisadiyyatın qalxması və iş yerlərinin çoxalması prioritet təşkil etməlidir- deyə cavab verir.

Bundan əlavə müsahibəsi zamanı illərlə hakimiyyəti dövründə Ermənistanda misli görünməmiş oliqarx güclənməsi ilə məşhur olan eks prezident ədalətli, rəqabətə davamlı əsasən kiçik və orta biznesin inkişafının vacibliyini qeyd edir.

“İqtisadiyyatın demonopolizasiyasının (rəqabətədavamlı mühit, inhisar fəaliyyətinin qarşısının alınması üçün dövlət tərəfindən görülən tədbirlərinin) təmin ediməməməsi, təsirli məmurların iştahının saxlanılması edilmədən bunları etmək mümkün olmayacaq. Cəmiyyətə aydın siqnal verilməlidir ki, istənilən sahibkarlıq təşəbbüsü arzuolunandır və kimin marağına xidmət etdiyinə baxmayaraq dəstəklənəcək.Effektli bazar mexanizmləri yaradılaraq, ya şəxsi maraqlar bir neçə illik arxa plana çəkilməli və ya onlar barədə ümumiyyətlə unudulmalıdır. Bunu təmin edən istənilən hakimiyyət uğura nail olacaq”- deyə indiki Ermənistan hakimiyyətində mümkünsüz olan təklifləri irəli sürüb.

Qeyd edək ki, Ermənistandakı iqtisadi-sosial böhran getdikcə dərinləşir. Ermənistanın açıqladığı rəsmi statistik rəqəmlər əhalinin həyat tərzinin ağırlaşdığını göstərir. Ölkədəki iqtisadi böhran iqtisadiyyatda inhisarçılıq, rusiya şirkətlərinin hegemonluğu, demək olar ki, bütün regional iqtisadi layihələrdən uzaq olması ilə əlaqələndirilir.

Bütün qonşu ölkələrə ərazi iddiasında olması Ermənistanın regional iri layihələrdən kənara salır və ən az sərmayə qoyulan ölkələr sırasındadır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *