Təxirəsalınmaz iclas: Putinə əlavə səlahiyyət verilir – Səbəb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Təxirəsalınmaz iclas: Putinə əlavə səlahiyyət verilir – Səbəb

Təxirəsalınmaz iclas: Putinə əlavə səlahiyyət verilir – Səbəb


“Adətən bu cür təcili toplantılar prezidentə müəyyən səlahiyyətlər verilməsi məqsədilə çağırılır”. Bu barədə Axar.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu açıqlama verib. O, Rusiya Federasiya Şurasının növbədənkənar təcili iclas keçirməsinin daha çox Ukrayna ilə bağlı olacağını deyib: “Bu, ölkə ətrafında, onun xarici siyasətində və ya daxildə hansısa fövqəladə halların yaranmasına işarədir. Bildiyiniz kimi, son vaxtlar Rusiya-Qərb münasibətlərində növbəti gərginləşmə mərhələsi başlayıb və bununla yanaşı şərqi Ukraynada döyüşlər ağır fazaya keçib, böyük itkilər var. Rusiya-Qərb münasibətləri, eyni zamanda, Rusiyanın daxilində bizə məlum olmayan qarşıdurmalar və yaxud hansısa təlatümlərin gözlənilməsi halları da istisna deyil. Hər halda, hesab edirəm ki, bu təcili toplantı daha çox fövqəladə hallarla əlaqəlidir. Bunun nədən ibarət olduğu müzakirələr və verilən qərarlardan asılı olacaq. Əgər prezidentə növbəti dəfə əlavə səlahiyyətlər verilərsə, bu, Rusiya siyasətində gərgin mərhələnin başlamasının göstəricisi kimi dəyərləndiriləcək. Mümkündür ki, 2014-cü il 1 mart qərarı yenidən təkrarlansın və Rusiya prezidentinə Ukraynaya qoşun yeritmək səlahiyyəti verilsin. Hesab edirəm ki, təcili çağırış daha çox bununla bağlıdır”. Qeyd edək ki, dünən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko parlamentin ali palatasının növbədənkənar iclasının keçirilə biləcəyini bəyan edib. Xatırladaq ki, Rusiya Federasiya Şurasının sonuncu dəfə növbədənkənar iclası 2014-cü il martın 1-də olub. Həmin vaxt parlamentin ali palatası Prezident Vladimir Putinə Ukrayna ərazisinə qoşun yeritmək barədə icazə vermişdi. Lakin icazə elə həmin ilin iyulunda ləğv edilmişdi.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *