Putin təcili iclas çağırır: ölkə müharibə ərəfəsində
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, spiker bu üzdən həmkarlarından “uzağa getməməyi” xahiş edib.
“Mən Federasiya Şurasının əlavə, növbədənkənar iclasının keçirilməsinə zərurət yaranacağını istisna etmirəm. Ona görə də sizdən uzağa getməməyi və daim əlaqədə olmağı xahiş edirəm. Əgər belə bir qərar qəbul edilsə, biz sizi vaxtında xəbərdar edəcəyik” - deyə V.Matviyenko senatorlar qarşısındakı çıxışı zamanı bildirib.
Yada salaq ki, Federasiya Şurası özünün növbədənkənar iclasına sonuncu dəfə keçən il martın 1-də toplaşıb. O zaman parlamentin yuxarı palatası prezident Vladimir Putinə Ukraynaya qoşun yeritmək icazəsi vermişdi. Bu icazə elə həmin ilin iyulunda ləğv olunub.
Federasiya Şurasının səlahiyyətlərinə aşağıdakılar daxildir: ölkənin hansısa ərazisində fövqəladə vəziyyətin elan olunması, Rusiya Federasiyasının subyektləri arasındakı sərhədlərin dəyişdirilməsi, Rusiyadan kənarda hərbi güc tətbiqi məsələsinin meydana çıxacağı təqdirdə onun həlli.
Mənbə:> Virtualaz.org