Putin "arzuolunmaz" xaricilərə savaş elan etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putin "arzuolunmaz" xaricilərə savaş elan etdi

Putin "arzuolunmaz" xaricilərə savaş elan etdi


Virtualaz.org saytı BBC-yə istinadən xəbər verir ki, Rusiyalı millət vəkilləri “arzuolunmaz” xarici QHT-ləri və şirkətləri qadağan edəcək qanuna səs verirlər.

Qanun layihəsi “arzuolunmaz” sözünün mənasını izaha açıq buraxır.

2012-ci ildə qəbul edilmiş indiki qanuna görə, siyasətlə əlaqəli xaricdən maliyyələşən Rusiya QHT-ləri “xarici agent” kimi qeydiyyatdan keçməlidir.

Qanun layihəsini prezident Vladimir Putinə sadiq partiya hazırlayib. Onun tərəfdarları parlamentin hər iki palatasında üstünlük təşkil edir.

Dumaya gedən sənəddə deyilir ki, xarici təşkilat və ya şirkətin “arzuolunmaz” olmasına Rusiya Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi qərar verəcək.

“Arzuolunmaz” elan edilmiş xarici 10000 dollara qədər cərimələnə və 6 ilə qədər həbs cəzası ala bilər.

Dumada qəbul edilmiş qanun qüvvəyə minməsi üçün yuxarı palata və prezident Putinin tərəfindən təsdiq edilməlidir. Bir çox hallarda bu, formallıqdır.

Qanun layihəsi Rusiya ilə Qərb arasında soyuq münasibətlərin ərəfəsində gəlib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *