Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir


Qazaxıstanda bu gün yerli vaxtla 07.00-dan (Bakı vaxtı ilə 06.00) növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.

AzNews.info APA-ya istinadən verdiyi xəbərə görə, 20.00-dək davam edəcək səsvermə vaxt fərqi olduğundan ölkənin 4 bölgəsində - Qərbi Qazaxıstan, Atırau, Aktyubinsk və Manqistaus vilayətlərində 1 saat gec başlayıb.

Hazırkı seçkilər Qazaxıstanda sayca beşincidir. Prezidenti vəzifəsi uğrunda üç namizəd – 1989-cu ildən hakimiyyətdə olan hazırkı dövlət başçısı Nursultan Nazarbayev, Qazaxıstan Xalq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov mübarizə aparır.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ictimai təşkilatların və ölkə vətəndaşlarının çoxsaylı müraciətləri əsasında verilib. Qərar dünyada mürəkkəb iqtisadi vəziyyət və prezident seçkilərinin 2016-cı ilə planlaşdırılmış parlament seçkiləri ilə bir vaxtda düşməsi ilə əlaqədar verilib.

Bundan əvvəl 2011-ci ilin aprelin 3-də keçirilən prezident seçkiləri də növbədənkənar olub.

Səsvermənin nəticələrinə əsasən Nursultan Nazarbayev 95,55 faiz toplamışdı.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *