Nazarbayev yenə prezidentlikdən əl çəkmir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev növbədənkənar prezident seçkilərində iştirak edəcək.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.
“Əldə etdiyimiz və sizin də bildiyiniz uğurlar fonunda biz dövlətçiliyimizin möhkəmləndirilməsi üçün irəli getməliyik. Ona görə, də mən bura gələrək, sizin qarşınızda çıxış edirəm və bildirmək istəyirəm ki, sizin mənim namizədliyimi irəli sürmək barədə təklifinizi qəbul edirəm”, – deyə Nazarbayev öz partiyasının qurultayında çıxışı zamanı bildirib.
Daha əvvəl Nazarbayevin namizədliyini “Nur-Otan” partiyası irəli sürmüşdü.
Qazaxıstan MSK artıq prezidentliyə iki namizədi rəsmi olaraq təsdiqləyib.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev növbədənkənar dövlət başçısı seçkilərinin təyin edilməsi barədə Qazaxıstan Xalq Assambleyasının təşəbbüsünü dəstəkləyib. Nazarbayev növbədənkənar prezident seçkilərinin aprelin 26-da keçirilməsi barədə fərman imzalayıb.
Mənbə:> Azvision.az