Nazarbayev Serji qorxutdu
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qazax xalqına müraciəti erməniləri qorxudub.
ANS PRESS-in məlumatına görə, qazax lideri bildirib ki, təcrübəsi ona dünyanın ciddi dəyişikliklər astanasında olduğunu düşünməyə vadar edir: “Bu ciddi mərhələni heç də dövlətlərin hamısı keçə bilməyəcək, yalnız güclü, həmrəy xalqlar və ölkələr keçəcək”.
Uzun müddət Ermənistanın Avrasiya İttifaqına girməsinə mane olmuş qazax liderinin bu sözləri erməniləri qorxuya salıb. Erməni mətbuatı məntiqi sual verir - Ermənistanın siyasi elitası ölkəni bu çətin dövrdən keçirə biləcəkmi?
“Belə məsələni yalnız elə elita həll edə bilər ki, dünya quruculuğunun iştirakçısı olsun, bununla da ölkəni yeni səviyyəyə qaldırsın və onu itkilərdən xilas etsin. Ermənistanda belə elita yoxdur”, - deyə Ermənistanın populyar portalı “Lragir” vurğulayır.
Mənbə:> ANSPRESS