Ermənistanda durum ruscadır
neftin ucuzlaşması və Qərbin Rusiyaya sanksiyaları Avrasiya İttifaqına təzə girmiş Ermənistanın hakim klanı üçün yeni təhlükə yaradıb.
ANS PRESS-in məlumatına görə, belə iddia ilə çıxış edən müstəqil erməni mətbuatı bunu Ermənistanın qaça bilməyəcəyi büdcə sevesteri ilə izah edirlər. Yəni büdcədə gəlir az olacaq və mütləq xərclər də azaldılmalıdır.
“Rusiyadakı təlatüm hakim sistemi “toxunulmaz” daxili resurslara yönəlməyə məcbur edə bilər. Söhbət Ermənistan iqtisadiyyatı üçün əngələ çevrilən iri kapitaldan gedir”, - deyə erməni şərhçi Akop Badalyan bildirib.
Şərhçinin fikrincə, bu kapitalın inhisarçılığına son qoyulmazsa, Rusiyadakı böhranın təsirləri Ermənistan üçün fəlakətli olacaq.
Mənbə:> ANSPRESS