Gözlənilən rus erməni savaşı
Rusiya hər şey edəcək ki, Ermənistanın statusunu öz tanınmamış satellitlərinin - Abxaziya və Krımın statusuna qədər endirsin.
ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi Naira Ayrumyan Rusiya federal gömrük xidmətinin əməkdaşlarının Ermənistanda apardığı yoxlamalarla bağlı bildirib.
“Söhbət Avrasiya komissiyasının nümayəndələrindən yox, Rusiya gömrük xidmətindən gedir. Rusiya Ermənistanın ən intim dövlət orqanlarına girmək üçün ən kiçik imkanı əldən vermir”, - deyə şərhçi vurğulayıb. Şərhçi xanım Rusiyanın Ermənistanı aşağılama addımlarının iqtisadiyyatın bütün sahələrini əhatə etdiyini bildirir: “Götürək “Qroznıy-avia” şirkətinin Krımdan İrəvana uçuşlara başlamasını. Bu, dərhal “tanınmış” Ermənistanın statusunu ilhaq edilmiş Krımın statusuna endirir”.
Naira Ayrumyan düşünür ki, Ermənistan Avrasiya İttifaqına girdikdən sonra sərhədlərdə vəziyyət kəskin dəyişə bilər: “Rusiya vacib bildiyi vaxt Ermənistanın İran, Gürcüstan və Qarabağla ticarət yollarını bağlaya bilər. Nəticədə, İrəvan sərhədlərin açılması üçün Azərbaycana və Türkiyəyə yalvarmalı olacaq”.
Mənbə:> ANSPRESS