Erməniləri böyük təhlükə gözləyir
Ermənistanın "Dağlıq Qarabağ" respublikasını tanıması ölkə üçün təhlükəli prespektiv vəd edir.
ANS PRESS-in məlumatına görə, bunu Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın separatçı Dağlıq Qarabağ rejimini tanıması vaxtından əvvəl atılmış addım olardı:
"Belə addım Ermənistanın danışıqlardan birtərəfli çıxması danışıqların pozulması demək olacaq: Bu, Ermənistanın təcrid olunmasına gətirib çıxaracaq və hərbi münaqişənin yenidən aktivləşməsi təhlükəsini artıracaq".
Mənbə:> ANSPRESS