​Putin 40 nüvə raketi haqda danışdı, NATO Rusiya ilə əlaqəni tam kəsdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

​Putin 40 nüvə raketi haqda danışdı, NATO Rusiya ilə əlaqəni tam kəsdi

​Putin 40 nüvə raketi haqda danışdı, NATO Rusiya ilə əlaqəni tam kəsdi

Rusiya prezidenti Vladimir Putin bu gün Müdafiə Nazirliyinin “Ordu-2015” forumunda çıxışı zamanı Qərbi qorxuya salan bəyanat verib.

Virtualaz.org saytı xəbər verir ki, Putin bu il ərzində silahlı qüvvələrə daha 40 qitələrarası ballistik raketin veriləcəyini bəyan edib.

“Bu raketlər istənilən, o cümlədən ən mükəmməl raketdən müdafiə sistemlərini dəf edə bilir”- deyə Putin bildirib.

40 qitələrarası ballistik nüvə raketinin daşıdığı başlıqlar eyni vaxtda partlasa Yer kürəsini orbitindən çıxarardı. Bura indiyədək mövcud olan nüvə arsenalı da əlavə olunsa, o zaman Qərbdə son zamanlar Rusiyadan qaynaqlanan nüvə təhdidi barədə narahatlıqların ciddi ölçülərdə artmasını başa düşmək olar. Və Putinin son bəyanatı da Qərbdə ciddi təşvişə səbəb olub.

NATO baş katibi Yens Stoltonberq bəyan edib ki, Putin nüvə silahlı ilə hərbə-zorba gəlir.

“Bu, nüvə silahı ilə hədələməkdir və tamamilə əsassızdır”- deyə Stoltonberq Putinin bəyanatına cavab olaraq bildirib.

Baş katib Rusiya prezidentinin bəyanatını “təhlükəli və destablizə edici” adlandırıb.

“Bu, bizi öz qüvvələrimizin döyüş hazırlığını gücləndirməyə məcbur edən səbəblərdən biridir”-o, əlavə edib.

ABŞ dövlət katibi Con Kerri isə bildirib ki, Rusiyanın nüvə arsenalını 40 ballistik nüvə raketi ilə genişləndirmək planları Vaşinqtonu ciddi narahat edir.

“Bu, əlbəttə ki, məni narahat edir və narahat etməyə də bilməz. Heç kim soyuq müharibə vəziyyətinə qayıtmaq istəmir”- deyə Kerri Bostondan qatıldığı videokonfransda bildirib.

Lakin “soyuq müharibə”nin yenidən başlandığı rəsmən elan olunmasa da belə o, artıq başlayıb. Məlum olub ki, NATO Rusiya ilə ekstremal vəziyyətlərdə əlaqə yaratmaq üçün istifadə edilən rabitə kanallarını bağlayıb. Bununla da alyansla Rusiya arasında əlaqə tam kəsilmiş olub.

Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib ki, əlaqələr qarşı tərəfin təşəbbüsü ilə kəsilib.

“Bizə ancaq ekstremal vəziyyətlərdə əlaqə saxlaya biləcəyimiz kommutatorların nömrəsini veriblər, vəssalam”- Meşkov deyib.

Nazir müavini alyansın Rusiya ilə bütün əməkdaşlıq proqramlarını ləğv etdiyini də vurğulayıb. Habelə NATO Əfqanıstana və geriyə yüklərin Rusiya ərazisindən daşınmasını da tam dayandırıb.

Bu arada NATO bildirib ki, Baltik ölkələrində və Polşada quru qüvvələrinin, zirehli texnikanın yerləşdirilməsi gələn həftədən başlayacaq. Rusiya isə NATO-ya xəbərdarlıq edib ki, onun qərb sərhədlərinə qoşun cəmləşdirilməsi təhlükəli addımdır və gərginliyi daha da artıracaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *