ABŞ Rusiya sərhədlərinə 3 strateji nüvə bombardmançısı göndərdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ Rusiya sərhədlərinə 3 strateji nüvə bombardmançısı göndərdi

ABŞ Rusiya sərhədlərinə 3 strateji nüvə bombardmançısı göndərdi

ABŞ Hərbi Hava Qüvvələrinin üç B-52 bombardmançısı Böyük Britaniyanın Farword hərbi bazasına göndərilib.

Virtualaz.org saytı xəbər verir ki, strateji nüvə bombardmançıları NATO-nun Rusiyanın Qərb sərhədləri yaxınlığında keçirəcəyi hərbi manevrlərə qatılacaq. Təlimlərin bir hissəsi Baltik dənizinin üzərində keçiriləcək.

Birləşmiş Ştatların Strateji komandanlığı bəyan edib ki, B-52 bombardmançılarının bir neçə hərbi təlimlərdə iştirak üçün Böyük Britaniyaya göndərilməsi “ABŞ-ın uzaq məsafələrdə qlobal zərbələr endirmək üçün incə imkanlara malik olduğunu nümayiş edirməkdir”. Strateji bombardmançılar bir aya yaxın Böyük Britaniyada qalacaq.

Təyyarələr və Birləşmiş Ştatlar ordusunun 330 hərbçisi NATO üzvü olan ölkələrin və bəzi tərəfdaş ölkələrin Rusiyanın qərb sərhədləri boyu keçirəcəyi

Baltops 2015 və Saber Strick 2015 təlimlərinə qatılacaq. B-52 bombardmançıları Baltik dənizinin üzərindən, habelə Baltik ölkələrinin və Polşanın hava məkanından uçacaq. Təyyarələrə havada yanacaq doldurmaq üçün КС-135 Stratotanker yanacaqdolduran təyyarələri də artıq Polşaya göndərilib.

Strateji bombardmançıların göndərilməsi ABŞ-ın Rusiyanın aqressiv hərəkətlərinə qarşı hazırladığı cavab tədbirlərindən biridir. Bundan əvvəl məlum olmuşdu ki, Pentaqon rəhbəri Eşton Karter Avropaya səfər edərək Rusiyaya qarşı mümkün cavab tədbirlərini müzakirə edib. Bura Avropada yaxın və orta mənzilli nüvə raketlərinin yerləşdirilməsi də daxildir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *