NATO generalı: “Putin dəli deyil, ona görə də rahat yatıram”
Virtualaz.org saytı xəbər verir ki, bu barədə NATO-nun Niderlanddakı birləşmiş qüvvələrinin komandanı, general Hans-Lotar Domreze “Focus” jurnalına müsahibəsində deyib.
“Ruslar müharibənin aparılması vasitələrindən biri kimi taktiki nüvə silahından istifadəni istisna etmirlər”- deyə general bildirib.
NATO komandanı deyib ki, Rusiya prezidenti Vladimir Putin situasiyanı yaxşı hesablamağı bacarır, eyni zamanda “azart oyunçu”dur.
“O, dəli deyil. Ancaq oyunçudur. Və bu, təhlükəli ola bilər”- deyə Domreze bildirib.
Bununla belə general əlavə edib ki, şəxsən o, eləcə də NATO Rusiyanı düşmən hesab etmir, ən pis halda potensial təhdid sayır: “NATO-da heç kim müharibə istəmir. Lakin biz alyansa daxil olan ölkələrin əhalisini müdafiə etməyə hazırıq. Ümid edirəm ki, prezident Putin bunu başa düşür. Ona görə də mən hələlik rahat yatıram”.
Mənbə:> Virtualaz.org