Putin hücuma hazırlaşır
NATO-nun Avropa Birləşmiş Komandanlığının rəsmi nümayəndəsi, general Edrian Bredşou Rusiyanın Şərqi Avropa ölkələrindən birinə çoxsürətli, genişmiqyaslı hücüm edəcəyini bildirib.
ANS PRESS-in məlumatına görə, o, Londonda Müdafiə Tədqiqatları üzrə Birləşmiş Kral İnstitutunda çıxış zamanı deyib ki, Şimal-Atlantika İttifaqı və Avropa buna qarşı adekvat tədbir görməyə hazırlaşmalıdır.
"The Guardian" qəzeti yazıb ki, onun sözlərinə görə, Rusiya rəhbərliyi nizami qoşunlarından təkcə qorxu yaratmaq üçün deyil, həm də NATO ərazisini tutmaq üçün istifadə edə bilər. Belə sürətli əməliyyatlar Rusiya tərəfindən Krımın tutulmasında istifadə edilib. Belə hökmranlıq Moskvaya SSRİ-dən miras qalıb.
General vurğulayıb ki, Rusiya ilə qarşıdurma dövründə NATO şərq sərhədlərinin vahid mühafizə sistemini dəstəkləməli, həmçinin Rusiyanın Ukraynada tətbiq etdiyi hibrid müharibəsinin başqa metodlarına uyğun davranmalıdır.
Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin dünən bildirib ki, Moskva həmişə kənardan istənilən təzyiqə adekvat cavab verəcək: "Heç kimdə illüziya yaranmasın ki, Rusiya üzərində hərbi üstünlüyə nail olmaq mümkündür. Bizim əsgərlərimiz və zabitlərimiz sübut etdilər ki, ordumuz ən çətin qeyri-standart məsələləri peşəkar və mərdcəsinə yerinə yetirməyə qadir müasir döyüş bacarığı olan gücə sahibdir."
Mənbə:> ANSPRESS