Rusiya yeni savaşa girir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiya yeni savaşa girir

Rusiya yeni savaşa girir


"Rusiya Baltik ölkələrinə qarşı hibrid müharibə başlaya bilər. Putin bunu NATO-nun müharibə baş verən hallarda səfərbər olub-olmayacağını yoxlamaq üçün həyata keçirməyi planlaşdırır".

ANS PRESS-in məlumatına görə, bu sözləri NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "The Telegraph" qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsinə qüdrətli dövlət statusunu qaytarmaq və Rusiyanın Şərqi Avropada dominantlığını bərpa etmək istəyir.

Keçmiş baş katib həmçinin qeyd edib ki, Putin bu qırmızı xətti keçsə, uduzacaq.

"Biz bunu anlamalıyıq. Amma Putin də hibrid müharibələr üzrə mütəxəssisdir", - deyən Rasmussen Rusiyanın müdaxilə edilə biləcək ölkələrin adlarını da çəkib. Onun fikrincə, Putin Estoniya və Latviyada münaqişələr yarada bilər: "Çünki burada kifayət qədər rus dilli əhali yaşayır. Alyansın zəif üzvləri isə Rusiya ilə iqtisadi əlaqələri qoparmamaq üçün bu münaqişələrin təhlükəsini lazımınca qiymətləndirməyə bilərlər. Bu cür ölkələrə Macarıstan və Yunanıstan da daxildir".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *