Ohanyanın arvadının oynaşı gizli qaldı
Yada salaq ki, müdafiə naziri Seyran Ohanyan kütləvi informasiya vasitələrində onun ailəsinin şərəf və ləyaqətinə ləkə salan materiallarına dərc edilməsinə görə Ermənistan baş prokuroruna müraciət edib.
Erməni mətbuatı yazır ki, hərbi nazirin xanımı Ruzanna Xaçatryan hansısa dostu ilə avtomobil gəzintisinə yollanıb. Bu, qəza və insan ölümü ilə nəticələnib.
Baş prokurorluq fövqəlsürətlə araşdırma aparıb və qərara gəlib ki, qəzanı hansısa Anna Xaçatryan törədib. Qadına tələm-tələsik 4 il iş kəsilib. Həm də prokurorluğun bəyanatında deyilir ki, Ermənistan müdafiə nazirinin arvadının qəzaya düşməsi barədə məlumatlar düzgün deyil.
Hadisə barədə məlumat dəqiq verilmədiyindən Ruzannanın dostunun adı və soyadı da bildirilməyib. Amma prokurorluq "Haykakan Camanak" qəzetinə qarşı yalan məlumat dərci ilə bağlı cinayət işi qaldırıb.
Qeyd edək ki, erməni mətbuatı iddia edir ki, Seyran Ohanyan gələcəkdə dövlət başçısı vəzifəsində Serj Sarkisyanı əvəz edəcək.
Məlum məsələdir, Sezarın arvadı həmişə şübhələrdən kənarda qalmalıdır.
Mənbə:> ANSPRESS