Ohanyan nədən qorxur?

Ermənistan periodik olaraq Rusiya ilə Azərbaycanın hərbi sahədə əməkdaşlığından narahatlığını bildirir.
ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib. Amma o, iddia edib ki, vəziyyətə nəzarət edə bilirlər.
“Əgər Rusiyanın Ermənistan və başqa ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı müqayisə edilərsə, aydın olar ki, Ermənstanla daha çox tədbirlər keçirilir.
Bu yaxınlarda bağlanmış müqavilələr də hərbi-texniki sahədə əməkdaşlığın inkişafını nəzərdə tutur”, - deyə erməni nazir bildirib.
Mənbə: ANSPRESS