Ohanyan şiddətli döyüşdən danışdı
Dağlıq Qarabağda genişmiqyaslı müharibənin başlama təhlükəsi yoxdur.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan açıqlama verib. Ohanyanın açıqlamasını nazirliyin mətbuat katibi Artsurun Ovannisyan rəsmi facebook səhifəsində yazıb.
Ovannisyanın sözlərinə görə, Ohanyan Bloomberg agentliyinə müsahibəsində bildirib ki, müharibə başlayarsa, Ermənistan ordusu istənilən hücumun qarşısını almağa qadirdir.
Ohanyan martın 19-da qoşunların təmas xəttində döyüş toqquşmasını şərh edərkən belə beyib.
Təbii ki, Ohanyanın bu açıqlaması daxili auditoriyaya hesablanıb. Cəbhə xəttində ermənilərin təxribatları nəticəsində məhv edilən 20 düşmən əsgəri ölkədə böyük narazılığa səbəb olmasın deyə Ohanyan əhalini sakitliyə çağırır. Ona görə də Ermənistan rəsmi olaraq itkilərini xalqdan gizlədir. Lakin erməni jurnalist və bloqqerlər etiraf edirlər ki, döyüş toqquşmasın errmənilər xeyli itki verib. Hətta bildirirlər ki, Qarabağda hospitallar yaralı erməni əsgərləri ilə doludur.
Onu da bildirək ki, müdafiə naziri Zakir Həsənov düşmənin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlarla əlaqədar bildirib ki, özgə torpağına soxulan düşmənin sağ-salamat qalmasının yeganə yolu, işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.
Mənbə:> ANSPRESS