"Ermənilər hələ də şokdadır" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

"Ermənilər hələ də şokdadır"

"Ermənilər hələ də şokdadır"


"Silahlı Qüvvələrimiz Ermənistan Silahlı Qüvvələrinin istənilən təxribatının qarşısını almağa hazırdır".

Bunu ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə naziri Seyran Ohanyan tərəfindən Azərbaycanın ünvanına səslənən hədə xarakterli açıqlamasına cavab olaraq bildirdi.

Qeyd edək ki, Seyran Ohanyan Ermənistan ordusuna məxsus helikopterin vurulmasına görə, Azərbaycana geniş miqyaslı cavab veriləcəyini söyləyib.

Vaqif Dərgahlının sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən ehtimal oluna biləcək və atacağı hər bir addımının qarşısını qabaqcadan almağa hazırdır: "Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçən Ermənistan ordusunun 2 helikopterinin movqelərimizə etdiyi hücuma cavab olaraq düşmənin bir helikopterinin vurulması düşmən tərəfini şoka salıb. Hələ də ermənilər bu şokun təsiri altındadırlar. İşğalçı ölkənin rəhbərliyinin belə açıqlamaları ancaq və ancaq Ermənistanın daxili auditoriyasına hesablanıb və Azərbaycan tərəfini narahat etmir".

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *