Ohanyan Qarabağa gəldi
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağa gəlib.
ANS PRESS-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Ohanyan burada separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə digər separatçı general Kamo Vardanyan da iştirak edib.
Qeyd edək ki, Seyran Ohanyan ermənilərin işğalı altında olan Dağlıq Qarabağa tez-tez səfər edir. Müdafiə naziri bununla onsuz da ruh yüksəkliyi aşağı səviyyədə olan erməni əsgərlərin arasında canlanma yaradacağına ümid edir.
Ancaq çətin ki, son bir ayda 20-dən çox itki verən və onlarla yaralısı olan Ermənistan ordusu üçün bu səfər ruh yüksəkliyi üçün səbəb olsun.
Mənbə:> ANSPRESS