Ohanyan öz ordusunu sökdü
Ermənistan ordusunda kriminal təfəkkür hakimdir. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib.
Bu gün Ermənistan ombudsmeni tərəfindən təşkil edilən dəyirmi masada çıxış edən Seyran Ohanyan bildirib ki, Ermənistan ordusunda hələ də “blatnoy” romantika hökm sürür.
Onun sözlərinə görə, orduda hökm sürən kriminal təfəkkür üzündən yazılmamış qanunlar hökm sürür. Həmin qanunlarla yaşayanlar “şikayət etməyi” kişi işi saymırlar və “problemləri özləri həll edirlər”. Bu isə Ermənistan ordusunda baş verən cinayətlərin kökündə durur.
Erməni nazirin sözlərini dekabrın 7-də Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Zod kəndində yerləşən hərbi hissədə baş vermiş insident təsdiqləyir. Hərbi hissənin komandiri Seroj Gevorqyan “razborka” zamanı Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Artaş Yeranosyanı zorlayıb. Qeyd edək ki, bu, Ermənistanda hələ sovet zamanından yayılmış “razborka” praktikasıdır. Ermənilər məişətdə də kriminal təfəkkürlə yaşayırlar və “günahkar” saydıqları adamı zorlama ilə cəzalandırırlar.
Bu praktika Ermənistan ordusunda da geniş yayılıb. Elə bu səbəbdəndir ki, erməni əsgərlər arasında homoseksuallıq artır. Müxtəlif dövrlərdə aparılan araşdırmalar zamanı Ermənistan hərbçilərinin 25%-nin homoseksual olduğu müəyyən edilib.
Mənbə:> ANSPRESS