ABŞ-dan Gülən açıqlaması » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

ABŞ-dan Gülən açıqlaması

ABŞ-dan Gülən açıqlaması


Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Con Bass paytaxt Ankarada diplomatiya müxbirləri ilə görüş keçirib.

ANS PRESS-in məlumatına görə, gündəmə dair bir çox suala cavab verən səfir Con Bass Fətullah Gülənin ekstradisyasından da danışıb.

Səfir bölgədəki “sülh prosesi”, Fətullah Gülənin ekstradisiyası, ölkədə keçiriləcək parlament seçkisi və s. mövzularda fikrini açıqlayıb.

“Seçki prosesini yaxından təqib edirik. Kimə dəstək verdiyimizi soruşsanız, türk xalqını dəstəkləyirik. Seçkinin azad, ədalətli və rəqabət mühitində keçməsini istəyən hamını dəstəkləyirik. Türkiyənin demokratik idarə şəkli türk xalqının verəcəyi qərarla formalaşır. Türk xalqının qərarına hörmət edirik. Əsas olan parlament və prezident üsul idarəsi deyil, balans və nəzarət mexanizminin mühafizə olunmasıdır. “Sülh prosesi”ni dəstəkləyirik. Onsuzda regionda kifayət qədər insident var. Sülh səylərinin zorakılığa çevrilməsini arzu etmirik”.

Sonda səfir Bass xidmət camaatının lideri, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin ekstradisiyasından və Suriyada problemin siyasi həlli yolundan danışıb.

“ABŞ hökuməti deportasiya məsələlərini şərh etməz. Bu proses qanunlar çərçivəsində və şəffaf şəkildə işləyəcək. Bəşər Əsədin isə Suriyanın gələcəyində yeri yoxdur. Ölkədə siyasi böhran Əsədin getməsi ilə başa çatacaq”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *