Səfirin soyqırım sayıqlaması » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Səfirin soyqırım sayıqlaması

Səfirin soyqırım sayıqlaması


ABŞ-ın Türkiyədəki yeni səfiri Con Bass Türkiyə mətbuatına gündəm yaradacaq açıqlama verib. O deyib ki, 1915-ci ildə Osmanlı imperiyası dövründə törədilən "erməni soyqırımı"nın tanınması Türkiyənin və Ermənistanın maraqlarına cavab verir.

ANS PRESS-in məlumatına görə, diplomat "Hürriyyət" qəzetinə müsahibəsində bildirib: "Biz əvvəlki kimi, hesab edirik ki, o qorxunc hadisələrin, kütləvi qətllərin və faciələrin faktlarının açıq tanınması iki ölkənin maraqlarına cavab verir, həmçinin regionda sabitliyin möhkəmləndirilməsi üçün faydalı olar."

C.Bass söyləyib ki, 1915-ci ildə baş verən hadisələr son 20 ildə türk ictimaiyyətində geniş müzakirə olunur. "Biz bunu sağlam inkişaf hesab edirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini və hərəkətini əhəmiyyətli adlandırırıq. O, bu ilin aprelində baş nazir kimi həlak olanların yaxınlarına başsağlığı verdi".

Xatırladaq ki, Türkiyə və Ermənistan arasında hazırda diplomatik əlaqə yoxdur. İki ölkə arasında 330 kilometrlik sərhədi 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb. Buna səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *