Sarkisyandan iflas etirafı
Amerikada Erməni Disporu Forumunun iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə aparılan diplomatik danışıqların iflasla başa çatması barədə etiraflar edib.
ANS PRESS-in məlumatına görə, öz çıxışı zamanı Sarkisyan bildirib ki, rəsmi İrəvan Türkiyə-Ermənistan protokollarından imzasını geri çəkəcək.
Erməni mətbuatında dərc olunan bu məqalələrdə Serj Sarkisyanın bu bəyanatı yersiz və məntiqsiz adlandırılıb. Populyar “Armenianreport” portalı Ermənistan prezidentinin bu addımının hansı məntiqdən qaynaqlandığını anlamadığını vurğulayır və Türkiyə ilə münasibətlərdə Serj Sarkisyanın bütün addımlarının səbatsız olduğunu bildirir. “Məsələn, 2009-cu ildə Serj Sarkisyan Türkiyəyə cavab səfəri etməyə hazırlaşanda bildirmişdi ki, Türkiyə ilə sərhədlər yaxın zamanlar açılmazsa, Türkiyəyə səfər etməyəcək. Amma bundan dörd gün sonra Türkiyə ilə protokolları imzaladı”,- deyə portal vurğulayıb.
Portal Serj Sarkisyanın Erməni Disporu Forumunun iclasında etdiyi çıxışı populistlik adlandırıb. Həmçinin bunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uydurma erməni soyqırımının 100 illiyi ilə bağlı 24 aprel 2015-ci il tarixinə İrəvana dəvət edilməsi fonunda arzuolunmaz olduğunu vurğulayıb.
Amma “Armenianreport” bir məsələni unudur. Ermənistan prezidenti öz hərəkətlərində müstəqil deyil və bütün addımlarını patronajı altında olduğu Rusiyanın diqtəsi ilə atır. Yəni Moskva buyurub, Serjik də belə deyib. Vəssalam.
Mənbə:> ANSPRESS