Psakidən Gülən cavabı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Psakidən Gülən cavabı – VİDEO

Psakidən Gülən cavabı


Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi brifinq zamanı Türkiyə məhkəməsinin Fətullah Gülənə həbs qərarı çıxarması ilə bağlı sual ünvanlayıb. ANS TV-nin məlumatına görə, amerikalı jurnalist Psakiyə “Türkiyə hökuməti haqqında həbs qərarı çıxardığı Fətullah Gülənin təhvil verilməsini istəyib və ABŞ Güləni təhvil verə bilərmi?” sualını ünvanlayıb.

Bunun cavabında Cen Psaki bir ölkə olaraq bu cür suallara cavab vermədiklərini bildirib.
“Xəbərləri görmüşük. Siyasətimizlə bağlı olaraq Dövlət Departamenti heç vaxt təhvil tələbləri ilə bağlı açıqlama vermir, təhvil tələbinin edildiyini təsdiqləmir və ya inkar etmir. Təfərrüatları Türkiyə hökumətindən soruşmalısınız”- deyə Psaki jurnalistin sualını cavablandırıb.

İstanbul məhkəməsi dünən hazırda ABŞ-da olan “Nurçu camaatı"nın lideri Fətullah Gülən barəsində həbs qərarı çıxarıb. Gülən “terror təşkilatına liderlik etmək”də günahlandırılır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *