Ağ Evin yeni Qarabağ planı
Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin nizamlanması üçün tərəfləri konstruktiv addımlar atmağa çağırıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Amerika Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, tərəflər bu yaxınlarda Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Paris görüşü zamanı əldə edilmiş impulsa əsaslanaraq, “etibarın möhkəmləndirilməsi üzrə addımlar ata bilər və əlbəttə, bu, dialoqun möhkəmlənməsi yolu ilə baş verə bilər”.
Psaki həm də ABŞ dövlət katibi Kerrinin Uelsdə münaqişə tərəfləri ilə keçirdiyi görüşləri də xatırladıb. Psaki vurğulayıb ki, Vaşinqton münaqişənin nizamlanması üçün möhkəm sülhün əldə edilməsi yolunda danışıqların irəliləməsi üçün tərəfləri dialoqa çağırır.
Mənbə:> ANSPRESS