Gülən böyük sirrini açdı
Türkiyədə Fətullah Gülənə məxsus şəbəkəyə qarşı həyata keçirilən əməliyyata ABŞ-da yaşayan nurçuların lideri kəskin reaksiya verib.
ANS PRESS-in məlumatına görə, Gülənin son çıxışına ilk reaksiya verən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana aid media göstrib. "YeniŞafak" qəzeti yazır ki, Gülən əməliyyatın ardından diqqətləri fərqli istiqamətə çəkmək üçün Turqut Özal və Süleyman Dəmirəldən danışıb:
Hökumətə qarşı çevriliş cəhdinin uğursuz olması ilə ifşa olunan "paralel hökumət"ə qarşı 13 vilayətdə başladılan əməliyyata Fetullah Gülən "Demək ki, doğru yoldasınız" deyərək, saxlanılanları müdafiə edib.
Qeyd edək ki, Fətullah Gülən çıxışında Turqut Özal və Süleyman Dəmirəlin ona çox kömək etdiyini bildirməklə yanaşı, nurçu şəbəkəsinin dünyaya yayılmasında onların əməyi olduğunu deyib:
"Mərhum Turqut Özal vəfatından əvvəl Asiyanı gəzdi. Özal demişdi ki "mən onlara zamin oluram".
Bu bir sirdir, bəlkə söyləmək doğru deyil. Süleyman bəy bəlkə 20 dövlət başçısına məktub yazdı. Mən heç bir dövlət başçısının belə edəcəyinə inanmıram. İndi bunları görməməzlikdən gəlməmək lazım deyil. Bundan əvvəlki prezident də müxtəlif yerlərə telefon zəngləri etdi, getdiyi yerlərdə də söylədi".
Mənbə:> ANSPRESS