Turqut Özalın oğlu və xanımı onun ölümündə günahlandırılırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Turqut Özalın oğlu və xanımı onun ölümündə günahlandırılırlar

Turqut Özalın oğlu və xanımı onun ölümündə günahlandırılırlar


1993-cü ildə müəmmalı şəraitdə vəfat etmiş Türkiyə Prezidenti Turqut Özalın oğlu Əhməd Özal və onun xanımı Səmra Özal sabiq dövlət başçısının ölümündə əli olmaqda günahlandırılırlar. Bu barədə Trend “Haber7” telekanalına istinadən məlumat verir.

Telekanal Ankara prokurorluğundakı mənbəyə istinadən xəbər yayıb ki, Ə.Özal və S.Özal, həmçinin iqtisadi cinayətlərin təşkilində günahlandırılırlar.

Onların hər ikisinin məhkəmədə 19 dəfə ifadə verdikləri deyilir.

Xatırladaq ki, ötən il sentyabrın 13-də Ankara Baş Prokurorluğu T.Özalın dul xanımı S.Özalın ərinin ölümündə iştirakını araşdırmağa başlamışdı.

Bundan əvvəl ittihamın şahidi Levent Ersez S.Özalı ərinin zəhərlənməsində əli olmaqda günahlandırmışdı.

Qeyd edək ki, L.Ersez artıq dövlət çevrilişinə cəhddə ittiham olunan “Ergenekon” təşkilatının cinayət işi ilə bağlı 22 il 6 ay cinayət məsuliyyətinə cəlb edilib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *