Səfir Qırğızıstanda yaşayan azərbaycanlıların sayını açıqladı
Bu gün Qırğızıstanda təxminən 20 min azərbaycanlı yaşayır və onlar özlərini qardaş Qırğızıstan Respublikasının tam hüquqlu vətəndaşları hesab edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Bişkekdə ölkədə yaşayan azərbaycanlılarla görüşdə deyib.
“Bu insanlar yad ölkədə hörmət qazanaraq azərbaycanlıların başını uca tutublar və Azərbaycan və Qırğızıstan arasında dostluq münasibətlərini möhkəmləndirməkdə davam edirlər”, - səfir bildirib.
H.Orucov qeyd edib ki, Qırğızıstan və Azərbaycan prezidentlərinin rəhbərliyi altında bütün sahələrdə ölkələr arasında münasibətlər daha da genişlənir, dərinləşir və möhkəmlənir, bu da öz növbəsində ikitərəfli, dövlətlərarası əməkdaşlığın dinamik inkişafına əlavə təkan verir.
Mənbə:> Oxu.az