Obama “soyqırım” deməyəcək
ABŞ prezidenti və digər yüksək vəzifəli şəxslər dəfələrlə Osmanlı imperiyasında 1,5 milyon erməninin səhraya ölümə göndərilməsi ilə bağlı tarixi faktı tanıyıblar.
Oxu.Az erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest brifinqdə deyib.
“Prezident ənənəvi olaraq aprelin sonunda bu dəhşətli hadisə ilə bağlı bəyanatla çıxış edir və hesab etmirəm ki, bu məsələdə siyasətimiz dəyişəcək”, - Ernest qeyd edib.
Mənbə:> Oxu.Az