Obama hamilə olan Psakiyə yeni vəzifə verdi
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psakiyə yeni vəzifə verilib.
ANS PRESS-in məlumatına görə, 36 yaşlı Psaki aprelin 1-dən Ağ Evin İctimaiyyətlə Əlaqələr üzrə rəhbəri vəzifəsində çalışacaq. Bunu Ağ Evin təmsilçisi Denis MakDon bildirib. Əvvəl bu vəzifəni Cenifer Palmer icra edib. O, fevralın 5-də istefa etdiyini açıqlayıb.
Qeyd edək ki, Cen Psaki 2013-cü ilin fevral ayının 11-dən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini icra edib. Buna qədər isə 2009-2011-ci illərdə ABŞ prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi olub.
Xatırladaq ki, Ağ Ev rəsmisinin sözlərinə görə, Cen Psaki ABŞ prezidenti Barak Obamaya hamilə olması haqqında məlumat verib. Onun, bu ilin iyul ayında uşaq dünyaya gətirəcəyi gözlənilir.
Mənbə:> ANSPRESS