"Qarabağın həlli uzanacaq"
Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən üç gün keçsə də, danışıqların təfərrüatları gündəmdədir. Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmisi Cen Psaki bu barədə yenidən açıqlama verib.
ANS-in Vaşinqton bürosunun məlumatın görə, rəsmi Vaşinqton Azərbaycan, Ermənistan Fransa prezidentlərinin Paris görüşündən məmnundur. Birləşmiş Ştatlarda düşünürlər ki, Dağlıq Qarabağ münaqişəsi həlli üçün tərəflər danışıqlar masası əyləşməli və münaqişəni sülh yolu ilə həlli üçün bu cür danışıqları intensivləşdirməlidir.
Dövlət Departamentinin sözcüsü Cen Psaki Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Parisdə keçirilən 3 tərəfli görüşünə münasibətinin bildirb. Rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəfləri dialoq aparmağa dəvət edir.
"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəfləri konstruktiv addım atmağa təşviq etməkdə davam edirik. Tərəflər prezidentlərin bu il keçirilən görüşlərində qarşılıqlı inam və etimad mühitini yarada bilərlər. Əlbəttə ki, bu sülh yolu ilə olmalıdır. Bildiyiniz kimi Dövlət Katibi Con Kerri də Uelsdə tərəflərlə görüşmüşdü. Əlbəttə onlar münaqşənin sülh yolu ilə həlli üçü həqiqi danışıqlar prosesinə daxil ola bilələr. Biz bunu dialoq yolu ilə təşviq edəcəyik”.
Birləşmiş Ştatlarda ekspertlər də hesab edirlər ki, istənilən halda münaqişə tərəfləri arasında dialoqun olması müsbətdir. Amma nə qədər ki, Ermənistan Rusiyaya yaxındır və Rusiyanın Ermənistanda hərbi bazası var Qarabağın çözümü də uzanacaq. Siyasi şərhçi Ariel Koenin sözlərinə görə, ABŞ və Rusiya ilə müqayisədə Fransanın tərəflərə daha az təsir imkanını olduğunu nəzərə alsaq sonuncu görüşdə də ciddi irəliləyiş olduğunu demək olmaz.
Siyasi şərhçi Ariel Koen qeyd edir ki, Dmitri Medvedev, sonra sonunucu dəfə reigonda vacib fiqur olan Vladimir Putin prezidentlərlə görüşdü: “Təəssüflər olsun ki, o görüş də nəticəsiz oldu. Mən düşünürəm ki, tərfələr sülhə hələ hazır deyillər. Rusiya Ermənistana təzyiq etməyənə qədər münaqişə həll olunmayacaq. Müaqişənin həlli üçün tərflər özləri buna hazır olmalıdır. Münaqişənin həlli Rusiyanın əlindədir. Rusiya isə buna qədərə də maraqlı deyil. Çünki problem həll olunsa, Rusiyanın bölgdəki rolu zəifləyəcək”.
Ariel Koeninin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Qərb və Rusiya arasında ümumi razılıq olmalıdır. Amma son vaxtlar Ukrayna məsləsinə görə ABŞ-la Rusiya arasında ciddi fikir ayrılığı olması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bir qədər də geriyə atır. Nə qədər ki, tərəflər münaqiəşnin həllinə hazır deyillər ABŞ buna vaxt sərf etməyəcək.
Mənbə:> ANSPRESS