Merkel Serji pis vəziyyətə saldı
Almaniya hökuməti 1915-1916-cı illərdə Osmanlı imperiyası dönəmi ilə əlaqədar olaraq "soyqırım" sözünü işlətmək niyyətində deyil.
ANS PRESS-in məlumatına görə, bu barədə parlamentin hökumətə qeyd edilən məsələ ilə bağlı müraciətinə cavabda deyilir.
Bildirilir ki, 1915-1916-cı illərdə baş vermiş hadisələri araşdrımaq tarixçilərin işidir. Məlum hadisələrlə bağlı birinci növbədə Türkiyə və Ermənistan tarixçiləri araşdırmalar aparmalıdır.
Hazırda Almaniya hökumətinin gündəliyində aprelin 24-də anım mərasimlərinin keçirilməsi ilə bağlı heç bir planın olmadığı bildirilir.
Qeyd edək ki, Almaniyada ermənilərin Mərkəzi şuarının və digər erməni təşkilatlarının nümayəndələri hökumətə aprelin 24-də "soyqırım"la əlaqədar anım mərasimlərinin keçirilməsi üçün müraciət etmişdi.
Mənbə:> ANSPRESS