Ermənilərin yetimi Ağ Evdə – VİDEO
1915-ci il qondarma erməni soyqrımının mücəssəməsi olaraq “yetim xalçası” adlanan xalça Ağ Evin qonaq mərkəzində nümayiş etdirilir.
ANS TV-nin məlumatına görə, xalça ”ABŞ-a təşəkkür: ölkədən kənarda Amerika cəsarətinə minnətdarlıq olaraq prezidentlərə üç hədiyyə” başlığı altında keçirilən sərgidə nümayiş olunur. NBC-telekanalının məlumatına görə, ABŞ-da yaşayan ermənilər sərginin keçirildiyi mərkəzə axın ediblər. Sərgidə həmçinin ABŞ konqresinin nümayəndələri də iştirak edib. Maraqlı məqam isə konqresmenlərin çıxışlarda 1915-ci il qondarma erməni soyqırmının tanınmalı olduğunun vurğulaması olub.
Ağ Ev-in bu barədə açıqlamasında bildirilir ki, “yetim xalça” 1925-ci ildə amerikalılar tərəfindən yerlərindən edilən erməni yetimlər üçün təşkil edilən humanitar yardımın tanınması məqsədilə ABŞ-ın keçmiş prezidenti Kelvin Kulicə hədiyyə edilib. Həmin vaxtdan bəri “yetim xalça” 2 dəfə sərgidə nümayiş etdirilib.
Xalça gələn il 1915-ci il qondarma erməni soyqırmının 100-cü ildönümünü qeyd etməyə hazırlaşan ABŞ-dakı erməni lobbisinin fəaliyyətinin tərkib hissəsini təşkil edir. Xalça noyabrın 23-dək nümayiş etdiriləcək.
Mənbə:> ANSPRESS