Ermənilər hərəkətə keçdi
Qondarma erməni soyqırımının 100-cü ildönümü yaxınlaşdıqca ABŞ-da yaşayan erməni diasporu da fəallaşıb.
ANS TV-nin məlumatına görə, ermənilərin bu dəfəki planı Vaşinqtonun mərkəzində erməni soyqırımı abidəsi ucaltmaq və muzey açmaqdır. Artıq bunula bağlı ermənilər Vaşinqtonda məsləhətləşmələrə də başlayıblar.
Bu qərar Vaşinqtonda layihə üçün nəzərdə tutulan ərazi ətrafında uzun sürən məhkəmə proseslərindən sonra qəbul olunub. Qavesçyan ailə fondu layihənin texniki-iqtisadi əsaslanması üzrə konsultasiyalara başlayıb. Fondun sədri Ketlin Qaveçsyan deyib ki, layihənin əsaslandırılmasından sonra Vaşinqtonun mərkəzində böyük bir “soyqırım” muzeyinin tikintisinə start veriləcək. Birləşmiş Ştatlarda yaşayan azərbaycanlı və türk diasporu isə bu plana qəti etiraz edir və layihənin baş tutmaması üçün artıq hərəkətə keçməyə hazırlaşır. Türk-Amerika dərnəkləri Assambleyasının Baş direktoru Lalə İskarpatyotinin sözlərinə görə qeyd edilən muzey və abidə yaradılarsa bu, bütün türk dünyası üçün üz qarası olacaq. Ona görə də artıq indidən hərəkətə keçilməlidir.
Diaspora üzvləri hesab edirlər ki, Ermənilərin bu planı baş tutarsa, bu ABŞ-ın Türkiyə və Azərbaycanla münasibətlərinə də təsirsiz ötüşməyəcək. Bunun reallaşmaması üçün Azərbaycan və Türk diasporu birlikdə addım atmağı təklif edir.
Ermənilər bundan əvvəl də dəfələrlə Vaşinqtonda qondarma soyqırım abidəsi ucaltmağa cəhd ediblər. Buna isə ABŞ-da yaşayan türklər və azərbaycanlılar kəskin etiraz ediblər və erməni diasporunun abidə ucaltmaq planı bundan əvvəl baş tutmayıb.
Mənbə:> ANSPRESS