Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Foto

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün – FOTO

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün


Azərbaycan Xalça Muzeyi 27 sentyabr - Dünya Turizm Günü münasibətilə qapılarını paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının üzünə açıb.

“Açıq qapı” günü çərçivəsində qonaqlar Azərbaycan Xalça Muzeyinin yeni binasının resursları, imkan və potensialı ilə yaxından tanış olublar. Muzeydə təşkil olunan və gecəyədək davam edən birgünlük pulsuz giriş imkanı iştirakçılara xoş anlar bəxş edib.

Tədbirdə qonaqlar üçün “Dəyişən zamanda dəyişməyən dəyərlər” mövzusunda xalça toxuma üzrə ustad dərsləri, Ləmən Yusifqızı və Mehriban Şəmşədinskayanın rəsm əsərlərinin sərgisi, qısametrajlı filmlərin nümayişi, caz-vokalçı Aysel Məmmədovanın çıxışı və digər bədii-əyləncəli proqramlar təşkil olunub.

Eyni zamanda, gün ərzində muzeydə uşaq və ailələr üçün nəzərdə tutulmuş maraqlı proqramlar da tamaşaçıların diqqətindən yayınmayıb. Bunların sırasında “Kilim arası”, “Axtaran tapar” və digər oyunlar maraq doğurub. “Axtaran tapar” oyununda uşaqlar valideynlərinin köməyi ilə rəsmlərdə olan xalça elementlərini xalçalarda tapıblar. “Naxışlar aləminə səyahətdə” proqramında isə balacalar müxtəlif rəngli xalça süjetlərini rəngləyiblər. Bütün tədbir boyu qonaqlar canlı xalq və estrada musiqisini dinləyib, “Yallı”, “Qaval” milli rəqslərini izləyiblər.

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün

Azərbaycan Xalça Muzeyində yaddaqalan bir gün

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *