BDU-da ümumdünya sülh günü qeyd olundu
Bu gün Bakı Dövlət Universitetində beynəlxalq ümumdünya sülh günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun Siyasi Analitika şöbəsinin müdiri, siyasi elmlər doktoru Gülzar İbrahimova “Sülh insan hüquqlarının müdafiəsinin təminatıdır ” mövzusunda coğrafiya, ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri qarşısında çıxış edib. Tədbirdə Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov da iştirak edib.
Mənbə:> Qafqazinfo.az