Bakıda gözəllik sərgisi olacaq
Sabah Bakıda 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgisi keçiriləcək.
ANS PRESS-in məlumatına görə, sərgi sentyabrın 27-dək Bakı Ekspo Mərkəzində olacaq.
Sərgi çərçivəsində bir sıra tədbir və konfranslar da keçiriləcək. Belə ki, sentyabrın 25-i VİP tur və “Sağlamlıq turizmi – turizm sektorunun yeni trendi, marketinq streategiyası və markalaşma” mövzusunda, 26-sı isə “Mamalıq, ginekologiya və neonatologiya sahələrində müasir diaqnostika və müalicə metodları” mövzusunda 8-ci Beynəlxalq Elmi-Praktiki Konfranslar da təşkil olunacaq.
Sərgi çərçivəsində toy saç düzümü üzrə master klasslar, “Wedding Time” şou-proqramının nümayişi də olacaq.
Sərgidə 17 ölkədən 147 şirkət öz məhsullarını nümayiş etdirəcək.
8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgisində Azərbayucan, Bəhreyn, Bəə, İtaliya, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin kosmetika şirkətləri də iştirak edəcək. Eksponentlər gözəllim salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanalarda iştifadə olunan məhsul və texnologiyalar nümayiş etdiriləcək.
Qeyd edək ki, sərgi ziyarətçiləri üçün hər saatdan bir Nəriman Nərimanov metrosundan hərəkət edən avtobuslar da təşkil olunacaq.
Mənbə:> ANSPRESS