Bakıda bal almaq istəyənlərin nəzərinə » AzNews.info -Xəbər portalı

Bakıda bal almaq istəyənlərin nəzərinə – VİDEO

Bakıda bal almaq istəyənlərin nəzərinə


“Bal sərgi”sində iştirak etmək istəyən arıçılar, öz məhsullarını Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında yerləşən anbarlara gətirirlər.

Anbarın qarşısında toplaşan arıçıları görəndə, onların sərgiyə böyük həvəslə yanaşdığını başa düşmək çətin deyildi.

ANS TV-nin məlumatına görə, müxtəlif bölgələrdən gələn arıçılar, ilk öncə bütün tələb olunan sənədlərlə masaya yaxınlaşıb qeydiyyadan keçirlər. Sonra isə gətirdikləri bal çəlləklərini, müayinədən keçirmək üçün anbarlarda yoxlanış aparan baytar həkimlərin yanına daşıyırdılar. Onlar da çəlləklərdən götürdükləri bal nümunəsini, müayinə üçün laboratoriyaya göndərirdi.

Baytar həkim Züleyxa Allahverdiyevanın sözlərinə görə, arıçının məhsulundan laboratoriyada yoxlanış üçün 200 qram götürülür və onların üstünə kodlar vurulur. Baytar həkim cavabların iki gündən sonra verildiyini deyir.

Neçə illərdir arıçılıqla məşğul olan Musayev Qüdrət bu il keçiriləcək bal sərgisində iştirak etmək üçün Gəncə şəhərindən paytaxta üz tutub. O, bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçiriləcək Respublika “Bal sərgi”sinə böyük ümidlərlə gəldiyini deyir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bu ilki sərginin keçən ilkindən fərqli olacağını bildirdi. Çünkü bu il həm yarmarkanın ərazisi böyük olacaq, satışın gedişatına Nazirlikdən “online” nəzarət ediləcək və eyni zamanda da satış qiymətlərində sərbəstlik nəzərdə tutulur.

"Bu il qiymətlər tam sərbəst olacaq. Yəni istehsalçı ilə alıcı arasında qarşılıqlı razılaşma olacaq. Havaların quraqlı keçməsi bal istehsalına qismən təsir göstərsə də yenə də arıçılar yarmarkaya böyük ümidlə gəlirlər", deyə Murtuzəli Hacıyev bildirib.

Qurum rəhbəri eyni zamanda aparılan araşdırmalar zamanı 5 arıçının balının saxta olduğunun aşkarlandığını və onların ballarının geri qaytarılıdığını bildirdi. Sərgidə iştirak edənlərin yerinin təyin edilməsi isə püşkatma ilə mümkün olacaq.

Oktyabr ayının 1-dən 30-a kimi davam edəcək “Bal sərgisi”nə hazırlıqlar davam edir. Sentyabır ayının 10-dan başlayan qeydiyyat prossesinin son günü bu ayın 25-i olacaq. Artıq 350 nəfər bal istehsalçısı qeydiyyatdan keçib. Anbara təqribən 200 ton bal toplanıb ki, onlar da öz alıcılarını gözləyir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *